Paşinyan Azərbaycanla sərhəddə baş verənlərə aydınlıq gətirdi

"Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədlərindən bir millimetr olsun belə, geri çəkilməmişik. Bundan söhbət gedə bilməz..."
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Azərbaycanla sərhəddə baş verənləri demarkasiya və delimitasiya hesab etmək olmaz. Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün hökumətin iclasında çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

"Biz Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədlərindən bir millimetr olsun belə, geri çəkilməmişik. Bundan söhbət gedə bilməz... Bu baş verənləri (sərhəddə - red.) sərhədlərin demarkasiyası və delimitasiyası hesab etmək olmaz. Bunlar tamamilə fərqli məsələlərdir. Hazırda təhlükəsizliyi təmin etmək üçün müəyyən bir sərhəd məntəqələrinin yerləri müəyyənləşdirilir", - deyə Ermənistanın Baş naziri bildirib.

O, həmçinin bildirib ki, Sünik vilayətində Vorotan (Şahverdilər) və Şurnux (Şurnuxu) kəndləri ətrafında müəyyən məsələlər meydana çıxa bilər.