İQTİSADİYYAT

Milli Məclisdə gələn ilin büdcə müzakirələri başladı, iclasda Baş nazir də iştirak edir

"Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında", "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" və digər məsələlərə baxılacaq.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Milli Məclisin plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclas iki gün davam edəcək və ümumilikdə 13 məsələ gündəliyə daxil edilib.

Həmin məsələlər bunlardır:

1. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

2. "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

3. "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

4. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

5. "Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

6. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

7. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

8. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

10. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında.

11. Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında.

12. "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

13. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan

Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).