MƏDƏNİYYƏT

Məşhur rok ifaçısı vəfat edib

"Rolling Stone" bu barədə onun qardaşı Larri Uest Vaynşteynə istinadən xəbər yayır. 75 yaşlı musiqiçi 21 dekabrda yatırıldığı xəstəxanada ürək tutmasından ölüb.
Sputnik

BAKI, 24 dekabr — Sputnik. ABŞ-ın məşhur "Mountain" qrupunun yaradıcılarından biri olan rok musiqiçisi Lesli Uest vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, "Rolling Stone" bu barədə onun qardaşı Larri Uest Vaynşteynə istinadən xəbər yayır.

​75 yaşlı musiqiçi 21 dekabrda yatırıldığı xəstəxanada ürək tutmasından ölüb.

1969-cu ildə qurulan "Mountain" rok qrupu "Mississippi Queen" (Mississippi Kraliçası) mahnısı ilə məşhur olub.