BAKI, 24 dekabr — Sputnik. Rusiyanın Xalq artisti, görkəmli teatr və kino xadimi İrina Muravyovanın səhhəti ağırlaşıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, dekabrın 18-dən koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 71 yaşlı İrina Muravyovanın pnevmoniyadan da əziyyət çəkdiyi məlum olub.
Qeyd edək ki, dekabrın 10-da koronavirus testi müsbət çıxan aktrisa 8 gün sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, İrina Muravyova "Karnaval", "Moskva göz yaşlarına inanmır" və s. filmlərdə yaratdığı obrazlarla yadda qalıb.