QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dövlət başçısı: "Peşəkarlıq və iradə hesabına torpaqlarımızı işğalçılardan azad etdik”

Azərbaycan Prezidenti: “Dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir”.
Sputnik

 

BAKI, 24 dekabr - Sputnik. “Qəhrəman Azərbaycan əsgəri öz gücünü göstərdi bütün dünyaya. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Qubadlı rayonuna səfəri zamanı Xanlıq qəsəbəsində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, bu bir yenilikdir, XXI əsrın müharibəsidir: “Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdik”.