SƏHİYYƏ

Hamı Böyük Britaniyadan qorxur, onlar isə Cənubi Afrikadan

"Cənubi Afrikadan Britaniyaya uçuşları və reysləri müvəqqəti dayandırma qərarı verdim" "Cənubi Afrikadan Britaniyaya uçuşları və reysləri müvəqqəti dayandırma qərarı verdim"
Sputnik

BAKI, 24 dekabr — Sputnik. Böyük Britaniya COVID-19-un daha yeni bir ştammı səbəbiylə Cənubi Afrikaya uçuşlarda məhdudiyyətlər tətbiq edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, səyahət qadağası 24 dekabr yerli vaxtla səhər 9:00-da qüvvəyə minib.

"Cənubi Afrikadan Britaniyaya uçuşları və reysləri müvəqqəti dayandırma qərarı verdim", - deyə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şepps bildirib.

Yeni qaydalara görə, on gündür Cənubi Afrikada olanlara İngiltərəyə giriş qadağandır. Məhdudiyyət viza alanlara, İngiltərə və İrlandiya vətəndaşlarına şamil edilmir. Bununla birlikdə onların da, on gün ərzində özlərini təcrid etmələri lazımdır.