CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB təəccübləndirir: Hər kəs test verməli deyil

Xəstəliyin əlamətlərini daşıyanlar, yəni hərarəti olanlar, yuxarı tənəffüs yollarında dadbilmə, qoxubilməni itirənlər ərazi üzrə yaşadıqları poliklinikalara müraciət edirlər
Sputnik

BAKI, 23 dekabr — Sputnik. "Əgər biz COVID-19-a görə testi limitsiz şəkildə etməyə cəhd göstərsək, simptomları olmayan xəstələrin müraciətlərinə baxılsa, real xəstələr kənarda qala bilərlər. Ümumdünya Səhiyyə Təşkilatının da verdiyi tövsiyə budur. Buna əsaslanaraq nəticə çıxarırıq ki, kimdən test götürmək olar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Real TV"yə açıqlamasında deyib.

Fürsətcil xəstəxanalar, aciz qalan koronavirus xəstələri və malakeş TƏBİB

Onun sözlərinə görə, bu kriteriyalar əsasında gün ərzində 15-20 min nəfərdən test götürülür.

R.Bayramlı qeyd edib ki, şəxsin burnundan alınan yaxma nəticəsində testin nəticəsi pozitiv olubsa və onda xəstəliyin kəskin dövrüdürsə, həmin şəxsin qanından da analiz götürərək qan zərdabında immunoqlobulin M anticisimlərinin varlığı araşdırılır. Bu anticisimlər xəstəliyin kəskin dövründə yaranan anticisimlərdir: "Şəxsin virusa yoluxduğu diaqnozunu qoya bilmək üçün mütləq şəkildə yuxarı tənəffüs yollarından alınmış nümunələr PSR üsulu ilə analiz edilməlidir. Həmin analizin nəticəsi önəmlidir. Bizə tez-tez bu sual verilir ki, özünün yoluxmasından şübhələnən hər kəs bu testi etməlidirmi? Xəstəliyin əlamətlərini daşıyanlar, yəni hərarəti olanlar, yuxarı tənəffüs yollarında dadbilmə, qoxu bilməni itirənlər ərazi üzrə yaşadıqları poliklinikalara müraciət edirlər".