CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaz limitini neçə nəfər keçib?

"Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 %) qazdan güzəştli limit daxilində istifadə edib" - Ceyhun Səfərov
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. "2020-ci ilin 11 ayının iqtisadi göstəricilərinə görə dekabr ayının birinə olan məlumata əsasən, “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 317 min 683 əhali abonentinin cəmi 15,62 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib".

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun SəfərovSputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib. Qeyd olunub ki, bu da say etibarı ilə 361 926 abonent deməkdir: "Yerdə qalan 1 milyon 955 min 757 abonent (ümumi əhali abonentlərinin 84,38 %) qazdan güzəştli limit daxilində istifadə edib".