FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İynədən qorxmuram: peyvəndləmə əvvəl necə aparılırdı - FOTO

Sputnik

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19 virisu dünyada 1,7 milyon insanın həyatına son qoyub. Son zamanlar əksər ölkələrdə xəstəlik yenidən alovlanır, müxtəlif məhdudlaşdırma tədbirləri görülür, bu səbəbdən insanlar vaksinə ümid edir və 2021-ci ilin nisbətən sakit keçəcəyini gözləyirlər.

COVID-19 koronavirus infeksiyasına qarşı peyvənd hazırlanması 2020-ci ildə səhiyyənin əsas həll etməli olduğu məsələyə çevrildi. Bir neçə ölkədə artıq vaksinlərin sınaq mərhələsi bitib, bəzilərində isə hətta vaksinasiya prosesi başlayıb.

Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, ölkədə koronavirusdan könüllü vaksinasiya 2021-ci ilin əvvəlinə planlaşdırılıb. Ümid edirik ki, tezliklə pandemiyaya qalib gələrik və həyat əvvəlki normal axınına qayıdar. Hələliksə müxtəlif dövrlərdə dünyanın müxtəlif guşələrində peyvəndləmənin necə keçirildiyinə baxmağı təklif edirik.

1 / 12
Poliqrafiya maşınları zavodunda qrip əleyhinə peyvənd
2 / 12
Peyvəndləmə prosesi Londonda
3 / 12
Mong Duc sakinlərinin xoleradan peyvəndlənməsi
4 / 12
Peyvəndləmə prosesi Nyu-Yorkda
5 / 12
Peyvəndləmə prosesi ABŞ-da, Ohayo, 2001
6 / 12
Peyvəndləmə prosesi Parisdə
7 / 12
Honkonqda sakinlər xolera əleyhinə vaksin üçün növbəyə durublar, 1961
8 / 12
Həkim tibb bacısına Asiya qripindən ilk peyvəndi vurur, Nyu-York, 1957
9 / 12
Elvis Presli poliomielitdən peyvənd olunur, Nyu-York
10 / 12
Uşaqlar poliomielit vaksini vurulandan sonra
11 / 12
İnsanlar Sinqapurda çiçək əleyhinə vaksin gözləyərkən
12 / 12
Vyetnamda xolera əleyhinə peyvəndləmə