MƏDƏNİYYƏT

Əməkdar artistin kitabı çıxıb

"Komediyalar" adlanan nəşrdə "Şərikli zarafat", "Mən ölməyəcəm", "Şəkili+Ayrım= şoutamaşa", "İki dəlisovun məhəbbəti", "Uşaq oğruları", "Qəribə litsey" komediyaları və komediyalara yazılan resenziyalar yer alıb.
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Ağdam Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Novruz Cəfərovun kitabı çapdan çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Komediyalar" adlanan nəşrdə "Şərikli zarafat", "Mən ölməyəcəm", "Şəkili +Ayrım= şoutamaşa", "İki dəlisovun məhəbbəti", "Uşaq oğruları", "Qəribə litsey" komediyaları və komediyalara yazılan resenziyalar yer alıb.

Əməkdar artist "Sənət fədailəri" adlanan növbəti kitabının çapa hazırlandığını bildirib.