RUSİYA

Rusiyada koronavirusa yoluxanların sayı psixoloji həddə çatır

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2933753-ə çatıb. Rusiyada pandemiya yayılandan 52461 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2343967-yə çatıb.
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 27250 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 549 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2933753-ə çatıb. Rusiyada pandemiya yayılandan 52461 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2343967-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 77,9 milyonu keçib, 1,71 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.