CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantinvari elçilik - Türkiyədə onlayn elçilik baş tutub

Türkiyənin Çankırı şəhərində yaşayan Özel və Özkan ailələri izdivacın ilk mərhələlərindən olan elçiliyi onlayn şəkildə keçiriblər.
Sputnik

BAKI, 23 dekabr — Sputnik. Karantin şərtləri bir çox məsələlərə alternativ yanaşma ortaya qoymağa məcbur edib. Türkiyənin Çankırı şəhərində onlayn formatda keçən elçilik mərasimi də bu qəbildəndir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şəhərdə yaşayan Özel və Özkan ailələri izdivacın ilk mərhələlərindən olan elçiliyi onlayn şəkildə keçiriblər.

Elçilikdən olan kadrlar sosial mediada qısa müddətdə yayılaraq müzakirə mövzusuna çevrilib.