CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti koronavirusdan dünyasını dəyişdi

Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Sabir Əliyev vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.

S.Əliyev bir neçə gün öncə COVID-19 diaqnozu ilə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, S.Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan oub.

1967-1972-ci illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunun muğam şöbəsində, 1981-1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.

1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı illər ərzində muğam bölməsinin tamaşalarında bir çox yadda qalan obrazlar yaradıb.

S.Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.