HADİSƏ

Vətən müharibəsində 42 tibb işçisi şəhid olub

159 tibb işçisi cəbhədə xidməti vəzifəsini yerinə yetirərək yaralı hərbi qulluqçulara təxirəsalınmaz tibbi yardım göstərərkən yaralanıb
Sputnik

 

BAKI, 22 dekabr — Sputnik. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müharibədə tibb işçiləri də könüllü olaraq ön cəbhəyə gedərək əsgər və zabitlərimizlə çiyin-çiyinə dayanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, 42 tibb işçisi cəbhədə xidməti vəzifəsini yerinə yetirərək yaralı hərbi qulluqçulara təxirəsalınmaz tibbi yardım göstərərkən qəhrəmancasına şəhid olub, ümumilikdə isə 159 tibb işçisi yaralanıb.