CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah bütün deputatlar koronavirus testindən keçəcək

Sahibə Qafarova: "Bütün sənədlər deputatlara paylanıb. Sabah büdcə zərfi komitələrdə müzakirə ediləcək. Növbəti iclasımız 24 dekabrda olacaq"
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Sabah bütün deputatlar koronavirus testindən keçəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Sədr bu işin təşkili ilə bağlı aparat rəhbərinə tapşırıq verib.

O əlavə edib ki, büdcə zərfi dünən Milli Məclisə daxil olub: "Bütün sənədlər deputatlara paylanıb. Sabah büdcə zərfi komitələrdə müzakirə ediləcək. Növbəti iclasımız 24 dekabrda olacaq".