CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yeni medal yaradılır

Milli Məclisdə "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarıldı.
Sputnik

BAKI, 22 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalı" təsis olunur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq ilk oxunuşda qəbul edilib.