CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Analar və atalar, Ana dili imtahanından neçə aldınız?

Nazirlik rəsmisi qeyd edib ki, qiymətləndirmə zamanı kənar təsirlərin olmaması üçün sistem təkmilləşdirilməlidir
Sputnik

BAKI, 21 dekabr — Sputnik. "Valideynlər məktəbdaxili milli qiymətləndirmə zamanı övladlarına kömək etməyə çalışmamalıdırlar. Çünki bu, real nəticələri görməyimizə mane olur, eyni zamanda şagirdin şəxsiyyət kimi formalaşmasında problemlər yaradır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə "Virtual məktəb"də IV, VI və IX sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmənin nəticələrinin müzakirəsi zamanı deyib. Nazirlik rəsmisi qeyd edib ki, qiymətləndirmə zamanı kənar təsirlərin olmaması üçün sistem təkmilləşdirilməlidir: "Təbii ki, bu da müəyyən vaxt aparacaq. Gələcəkdə başqa xarici dil və digər fənlər də milli qiymətləndirməyə cəlb oluna bilər".