Bu start Rusiyanın ağır raket daşıyıcısı üçün ikinci start olacaq. Birinci dəfə o, 6 il bundan öncə, 2014-cü ilin dekabrın 23-də səmaya qalxmışdı. Bu dəfə “Anqara-A5” Plesetsk kosmodromundan göyərtəsində peykin eyni qabarit və kütləsinə malik maketi ilə qalxıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, raketin uçuşu normal rejimdə baş tutub.