SƏHİYYƏ

Yeni virus dəhşəti – 20-yə yaxın ölkə Britaniya ilə əlaqəni kəsdi

Bir qədər əvvəl Böyük Britaniyada yayılan yeni tip koronavirusun 70% daha yoluxucu olduğu bildirilmiş, əhaliyə daha tədbirli olmaq məsləhət görülmüşdü
Sputnik

BAKI, 21 dekabr — Sputnik. 20-yə yaxın ölkə koronavirusun yeni, daha yoluxucu ştammı üzə çıxandan sonra Böyük Britaniya nəqliyyat əlaqəsini tamamilə dayandırmağa və ya məhdudlaşdırmağa qərar verib.

İlk olaraq Böyük Britaniya ilə yanvarın birinə qədər uçuşları dayandırmaq qərarını Niderland rəhbərliyi verib. Bundan sonra ən azı 24 saatlıq Belçika da Böyük Britaniya ilə sərhəd bağlayıb. Bununla bağlı London – Brüssel və London – Amsterdam arasında dəmiryolu əlaqəsi dayandırılıb.

Bundan sonra Britaniya ilə aviaəlaqənin İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya, Finlandiya və Xorvatiya da dayandırıb.

Fransa da Böyük Britaniya ilə bütün nəqliyyat əlaqəsini 48 saatlıq dayandırıb. İsveç Britaniyadan gələnlərin ölkəyə qadağan edib. Yunanıstan həmin şəxslər üçün 7 günlük, Kipr 14 günlük karantin tətbiq edib. İspaniya Böyük Britaniyadan gələn şəxslərə nəzarəti gücləndirib.

Böyük Britaniya ilə əlaqəni Avropa İttifaqı ölkələri ilə yanaşı, Türkiyə, İsveçrə, Kanada, İsrail və Argentina da bağlayıb. Səudiyyə Ərəbistanı isə bir həftə müddətinə tam olaraq bütün sərhədi bağlayıb və bütün beynəlxalq reysləri bağlayıb.

Qeyd edək ki, ötən gün Ümumdünya Səhiyyə Təşkilatı Britaniyada koronavirusun yeni, çox yoluxucu ştammının yayılması barədə məlumatlara şərh verib.

Böyük Britaniyanın rəsmi şəxslərinin yeni tip COVID-19 barədə məlumatları, eləcə də cari araşdırmaların nəticələrini onlarla bölüşdüklərini deyib.

"Biz virusun bu tipinin xarakteristikası və hər bir nəticəsi barədə məlumatlar aldıqca üzv dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq", - ÜST Twitter-də yazıb.

​Bir qədər əvvəl Böyük Britaniyada yayılan yeni tip koronavirusun 70% daha yoluxucu olduğu bildirilmiş, əhaliyə daha tədbirli olmaq məsləhət görülmüşdü. Ancaq eyni zamanda qeyd olunub ki, ştammın yüksək yoluxuculuğuna rəğmən, onun ölüm göstəriciləri və hospitalizasiya baxımından yüksək təhlükəli olması barədə məlumatlar yoxdur.

Şənbə günü Böyük Britaniyanın baş naziri Boris Conson London və cənub-şərq rayonlarında yeni məhdudiyyətlərin, ümumilikdə götürdükdə lokdaunun tətbiq olunması barədə qərar verib. İngiltərənin ardından Şotlandiya və Uels hökumətləri də tədbirlərin sərtləşdiriləcəyini bildirib.

Pandemiya başlayandan Britaniyada 2004219 adamda koronavirus təsbir olunub, 67075 COVID-19 xəstəsi dünyasını dəyişib.