MƏDƏNİYYƏT

"Tanınmış türk aktyorundan örnək addım - qanını bağışladı

Hünal "Asi ", "Kış Masalı", "Adanalı" , "Seni Bana Yazmışlar" , "Bir Zamanlar Osmanlı", "Paramparça", "Diriliş Ertuğrul", "Qırmızı", "Romantik komedi", "Ayaz", "Ulak" kimi film və dizilərdə rol alıb
Sputnik

BAKI, 21 dekabr — Sputnik. "Survivor 2021"-də iştirak edəcək "İssız Adam" filminin "Alper"i, tanınmış türk aktyoru Cemal Hünal təqdirəlayiq hərəkət edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aktyor Türk Kızılayına qan bağışlayıb.

Qan bağışı edən aktyora Türk Kızılay Mərkəzi təşəkkürünü bildirib.

Məlumat üçün bildirək ki, "Asi ", "Kış Masalı", "Adanalı" , "Seni Bana Yazmışlar" , "Bir Zamanlar Osmanlı", "Paramparça", "Diriliş Ertuğrul", "Qırmızı", "Romantik komedi", "Ayaz", "Ulak" kimi film və dizilərdə rol alıb.