MƏDƏNİYYƏT

Parisdə matahdır: azərbaycanlıların şəkər qabını çox bəyəndilər

Sərgidə "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" nominasiyası ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına yenicə daxil edilmiş nar formasında şəkər qabı daha çox sevilib
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Parisdə Əməkdar rəssam Əsmər Nərimanbəyovanın təşkilatçılığı ilə azərbaycanlı rəssamların və yaradıcı insanların əsərlərindən ibarət sərgi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Parisin mərkəzində "Sakit səhərin gözəlliyi" qalereyasında təşkil edilmiş "Çiçəkli qızların kölgəsində" adlı sərgidə 25 rəssamın əsəri nümayiş olunub.

Parisdə matahdır: azərbaycanlıların şəkər qabını çox bəyəndilər

Sərgidə rəsm əsərləri ilə bərabər, milli ruhda hazırlanmış sənətkarlıq əsərləri nümayiş edilir. Armudu stəkanlar, milli ornamentli kəlağayılar, sinilər, qadınlar üçün əl çantası sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb. Əsərlərin rəng ahəngdarlığı göz oxşayıb.

Sərgidə "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" nominasiyası ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına yenicə daxil edilmiş nar formasında şəkər qabı daha çox sevilib.

İki gün davam edən sərgidə Əsmər Nərimanbəyovanın, Sahib Əsədlinin, Zərifə Mirzoyevanın, Vəfa Əfəndizadənin, Rəna Əmrahovanın, Tofik Ağayev-Nərimanbəyovun, Cəmalə Rəhimlinin, Aysel Mirqasımovanın və digər fırça ustalarının əsərləri nümayiş olunub.