BAKI, 21 dekabr — Sputnik. 2020-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 29580 nikaha daxilolma, 12347 boşanma halları qeydə alınıb. Cari ildə sonrakı aylarla müqayisədə ən çox nikaha daxilolma halları isə yanvarda qeydə alınıb. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda qeydiyyat şöbələri tərəfindən 4280 nikah rəsmiləşdirilib.
May ayı isə ən çox boşanma ayı kimi qeydə alınıb. Belə ki, mayda qeydə alınan boşanmaların sayı 1501 olub. Bununla da əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.