BAKI, 21 dekabr — Sputnik. Milli Kiber Təhlükəszilik Zirvəsi proqramında Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay danışdığı zaman halı pisləşib və nitqinə davam edə bilməyib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, F. Oktay üçün səhnəyə həkim çağırılıb. Təzyiqinin düşdüyü qeyd edilən, F. Oktay ilkin müdaxilədən sonra yenidən salona qayıdıb.
O, halının yuxusuzluq və yorğun olduğuna görə pisləşdiyini deyərək, üzr istəyib və çıxışına davam edib.