CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransızlar üçün "Ay Laçın" oxudu

Azərbaycanlı bəstəkar-müğənni virtual konsertdə Azərbaycan xalq mahnısı "Ay Laçın", özünün bəstələri olan "Tanqo", "Şəfəq" mahnıları ilə bərabər fransız mahnılarını da səsləndirib.
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Fransanın Kolmar şəhərində azərbaycanlı bəstəkar-müğənni İlahə Ahuinin virtual konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, virtual konsert Kristel Kern və Paskal Vel tərəfindən "Bizi qoruyan və bizə yardım edənlərlə həmrəylik" adlı qrup çərçivəsində təşkil olunub.

Azərbaycanlı bəstəkar-müğənni virtual konsertdə  Azərbaycan xalq mahnısı "Ay Laçın", özünün bəstələri olan "Tanqo", "Şəfəq" mahnıları ilə bərabər, fransız mahnılarını da səsləndirib.

Qeyd edək ki, 2012-ci ildə Kolmar şəhərinin konservatoriyasının dirijorluq və vokal sinfinə daxil olan İ.Ahui yerli xor qruplarına dirijorluq edir, Azərbaycan mahnılarını və öz bəstələrini səsləndirir. Hazırda azərbaycanlı dirijor və vokalist iki xor qrupuna və bir orkestrə rəhbərlik edir.

Azərbaycanlı bəstəkar və müğənni Şəki ilə qardaşlaşmış Kolmar şəhərinə gəldiyi vaxtdan Azərbaycan musiqilərini ifa etməklə yerli ictimaiyyətə tanıdır.