CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erməni keşişi Paşinyanın əlini sıxmaq istəmədi

Sisian şəhərində ibadət üçün kilsəyə daxil olan N.Paşinyan keşişlə salamlaşmaq üçün əl uzatsa da, din xadimi hökumət başçısının əlini sıxmaqdan imtina edib.
Sputnik

BAKI, 21 dekabr — Sputnik. Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Sünik vilayətinə səfərini yarıda dayandırmaq məcburiyyətində qalıb. Sputnik Ermənistan xəbər verir ki, səfər çərçivəsində Paşinyanın Gorus və Qafan şəhərlərinə getməsi planlaşdırılsa da, sakinlər yolu bağladığından bu, baş tutmayıb. Paşinyan Sisian şəhərinə helikopterlə gedib. Orada ibadət məqsədi ilə kilsəyə daxil olan N.Paşinyan keşişlə salamlaşmaq üçün əl uzatsa da, din xadimi hökumət başçısının əlini sıxmaqdan imtina edib.

Keşiş bununla da kifayətlənməyərək baş nazirə məbədi tərk etməyi tövsiyə edib. Bu həmin vaxt lentə alınan kadrlarda da öz əksini tapıb.