QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan əsgərlərini sərhəddəki kəndlərdən çıxarmır

Bu gün bir neçə Telegram kanalında erməni hərbi korpuslarından birinə ölkənin şimalındakı iki kəndi tərk etmək tapşırılıb, səbəb kimi isə onların Azərbaycana veriləcəyi göstərilib.
Sputnik

BAKI, 21 dekabr - Sputnik. Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddəki iki kənddən əsgərlərin çıxarılması və bu kəndlərin Azərbaycana veriləcəyi barədə sosial şəbəkədə yayılan məlumatları təkzib edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu gün bir neçə Telegram kanalında erməni hərbi korpuslarından birinə ölkənin şimalındakı iki kəndi tərk etmək tapşırılıb, səbəb kimi isə onların Azərbaycana veriləcəyi göstərilib.

"Müdafiə Nazirliyi Tavuş vilayətinin iki kəndindən hərbi birləşmələrin çıxarılması barədə sərəncamı və bu kəndlərin Azərbaycanın nəzarətinə keçəcəyini qətiyyətlə təkzib edir", - qurumun Facebook-dakı səhifəsində yazılıb.