BAKI, 21 dekabr — Sputnik. Bu gün Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş olub.
Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a bildirilib ki, nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.