BAKI, 21 dekabr — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) artıq bir neçə aydır Bakı-London marşrutu üzrə xüsusi reysləri yerinə yetirmir.
Bu barədə Sputnik Azərbaycan-a "AZAL"-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski danışıb. Onun sözlərinə görə, Londona xüsusi aviareyslər çoxdan, artıq bir neçə aydır həyata keçirilmir. "Hazırda AZAL xüsusi reysləri yalnız Türkiyə istiqaməntində yerinə yetirir".
Xatırladaq ki, 20-yə yaxın ölkə koronavirusun yeni, daha yoluxucu ştammı üzə çıxandan sonra Böyük Britaniya nəqliyyat əlaqəsini tamamilə dayandırmağa və ya məhdudlaşdırmağa qərar verib.
İlk olaraq Böyük Britaniya ilə yanvarın birinə qədər uçuşları dayandırmaq qərarını Niderland rəhbərliyi verib. Bundan sonra ən azı 24 saatlıq Belçika da Böyük Britaniya ilə sərhəd bağlayıb. Bununla bağlı London – Brüssel və London – Amsterdam arasında dəmiryolu əlaqəsi dayandırılıb.
Bundan sonra Britaniya ilə aviaəlaqənin İtaliya, Almaniya, Bolqarıstan, İrlandiya, Litva, Latviya, Finlandiya və Xorvatiya da dayandırıb.