BAKI, 20 dekabr - Sputnik. İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenə Omanın paytaxtı Maskatda məktub ötürülməsi xəbərini təkzib edib.
"Bunun gerçəkliklə heç bir əlaqəsi yoxdur", - diplomat Hamshahri qəzetinin jurnalistinin sualını cavablandırarkən deyib.
Xətibzadənin sözlərinə görə, "nüvə razılaşmasına görə müştərək komissiya mövcuddur, İran tərəfi də öz rəyini həmin komissiyada deyir".