MƏDƏNİYYƏT

Sərdar Ortac azərbaycanlı müğənninin səsinə heyran olub

Ortac xanəndəmizin ifasına qulaq asaraq heyranlığını gizlədə bilməyib. Müğənni həmin videonu "Instagram" sosial şəbəkəsində paylaşıb.
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Türkiyəli müğənni Sərdar Ortacın xanəndə Elnarə Abdullayevanın ifa etdiyi muğama qulaq asdığı görüntülər yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Ortac xanəndəmizin ifasına qulaq asaraq heyranlığını gizlədə bilməyib. Müğənni həmin videonu "Instagram" sosial şəbəkəsində paylaşıb.

O, Elnarə Abdullayeva ilə birgə oxuyaraq "Kaş ki Allah mənə də belə səs verəydi" deyib.

Sərdar Ortac bundan əvvəl də Elnarə Abdullayevanın "Dəymə, dəymə" mahsına qulaq asaraq kövrəlmişdi. 

Qeyd edək ki, Sərdar Ortac Azərbaycan musiqilərinin heyranı olduğunu dəfələrlə etiraf edib. Müğənni hətta Əməkdar artist Baloğlan Əşrəfovun "Nədəndir" mahnısını da ifa edib.