CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyadan Xankəndiyə yeddi vaqon yardım göndərilib

Bildirilir ki, bir qədər sonra materialları regionun müxtəlif rayonlarındakı paylama məntəqələri arasında bölüşdürəcəklər.
Sputnik

BAKI, 20 dekabr — Sputnik. Rusiyadan Qarabağa daha yeddi vaqon humanitar yardım göndərilib.

Sputnik Azərbaycan bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, vaqonlardakı yük taxta tikinti materiallarıdır, bir platformada isə avtokran var.  

Öncə məlumat verilmişdi ki, Rusiya FHN dekabrın 14-dək Qarabağa 54 vaqonla 1.2 ton humanitar yardım göndərəcək.

"Dekabrın 19-da Rusiya FHN-in yardımçı qrupunun mütəxəssisləri Rusiyadan gəlmiş, humanitar yardımla dolu yeddi vaqonu boşaldıblar. Bu, 700 kibmetr taxta materialıdır. Bir ədəd də avtokran platforması var. Materiallar artıq Xankəndiyə çatdırılıb", - məlumatda deyilir.

Bildirilir ki, bir qədər sonra materialları regionun müxtəlif rayonlarındakı paylama məntəqələri arasında bölüşdürəcəklər.

"Bu, Rusiya FHN-in dəmiryolla göndərdiyi humanitar yardımın ikinci hissəsidir. İndiyədək 54 vaqondan doqquzu gəlib", - deyə məlumatda qeyd olunur.