BAKI, 20 dekabr - Sputnik. ABŞ-ın vfəzifələrinin icrasını davam etdirən Prezidenti Donald Tramp ölkədə hərbi vəziyyət tətbiq edəcəyi barədə şayiələrə cavab verib.
"Hərbi vəziyyət = feyk xəbərlər. Bu, məlumatsızlıqdan daha betərdir", - deyə ölkə başçısı Twitter-dəki səhifəsində yazıb.
Bu ərəfədə ABŞ KİV-ləri məlumat yayıblar ki, Tramp prezident seçkisinin nəticələrini dəyişmək üçün ölkədə hərbi vəziyyət tətbiq etmək niyyətindədir.
Noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib. Əsas namizədlər hazırkı Prezident, respublikaçı Donald Tramp və keçmiş dövlət katibi, Demokratlar partiyasından irəli sürülmüş Co Bayden idi.
Noyabrın 7-də ABŞ-ın aparıcı KİV-ləri - ABC News, FOX News, CNN, AP və NBC - Co Baydenin prezident seçkisində qalib gəldiyini yazdılar. O zaman rəsmi nəticə hələ elan edilməmişdi.
Dünyanın bir çox ölkələrinin dövlət başçıları, o cümlədən Səudiyyə Ərəbistanı kralı, Türkiyə və Sloveniya prezidentləri, BMT-nin baş katibi artıq Baydenə təbrik məktubu göndəriblər.