İQTİSADİYYAT

Ekspert: “Gürcüstan bir partnyor kimi Azərbaycanın maraq dairəsindədir”

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Gürcüstan hökumətinin ölkənin investisiya cazibədarlığının artırılması istiqamətində gördüyü işlər də burada rol oynayır
Sputnik

Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərib. Müstəqillik əldə edildikdən sonra Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına bu günədək 3,6 milyard ABŞ dollarından artıq investisiya qoyulub. Bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib.

İqtisadçı ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bizim bölgəmizdə Gürcüstan heç bir sərmayə qoymadan 4 böyük layihənin iştirakçısı olmağı bacaran yeganə ölkədir:

“Azərbaycan bu layihələrin siyasi müəlliflərindən biridir. Bu gün də Gürcüstan bir partnyor kimi digər sahələrdə əməkdaşlıq qurmaq üçün Azərbaycanın maraq dairəsindədir. Gürcüstan hökumətinin ölkənin investisiya cazibədarlığının artırılması istiqamətində gördüyü işlər burada rol oynayır. Bu günə qədər Azərbaycan bu ölkəyə etdiyi yatırımlarla bağlı hər hansı çətinliklə qarşılaşmayıb. Belə olduğu halda investisiyaların dinamikasının artacağını düşünürəm”.

Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz