FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bütün dünya lokdaunda, Uhanda isə həyat qaynayır - FOTOLENT

Sputnik

Çinin əhalisi 12 milyon nəfər təşkil edən Uhan şəhəri koronavirus infeksiyasının ilk zərbəsini qəbul etmişdi. Şəhər bütün dünya ilə yanaşa Çinin digər rayon və vilayətlərindən də 11 həftə müddətinə təcrid olmuşdu. Şəhər sakinlərinə hətta evlərini belə tərk etmək qadağan edilmişdi.

Bu gün isə, ilk yoluxma faktından təxminən bir il sonra Uhanda vəziyyət başqadır - bütün dünyanın lokdauna getdiyi bir zaman, burada həyat normal axarına düşüb. Restoranlar, gecə klubları, ticarət mərkəzləri və hətta infeksiyanın ilk yayıldığı bazarlar belə fəaliyyətini bərpa edib.

Bir neçə gün əvvəl isə Uhanda tibbi maska taxmamağa icazə verilib. Bununla belə, şəhər sakinlərinin əksəriyyəti maskada gəzməyi üstün tutur. Burada son bir neçə gün ərzində koronavirusa yoluxma halı baş verməyib.

1 / 13
İnsanlar Uhanda parkda rəqs edirlər.
2 / 13
Uhanda restoranda qadın.
3 / 13
Uhan restoranlarının birində kişi pivə şüşəsini dişi ilə açır.
4 / 13
İnsanlar Uhanda doğum günü şənliyi keçirirlər.
5 / 13
Uhanda küçədə yemək satan qadın.
6 / 13
Uhanda gəmidən düşən insanlar.
7 / 13
Ziyarətçilər Uhanda tirdə.
8 / 13
Uhanda gecə klubu yaxğınlığında avtomobildə kişi.
9 / 13
Uhanda barda insanlar bir-birlərini kremlə yaxırlar.
10 / 13
Uhanda gecə saatlarında restoranda insanlar.
11 / 13
Uhanda COVİD-19 virusunun başlamasından bir il sonra Yanszı çayında bərə.
12 / 13
Uhanda gecə klubunda rəqs edən insanlar.
13 / 13
İnsanlar Uhanda gecə klublarının birində rəqs edirlər.