SƏHİYYƏ

İsrailin baş nazirindən nümunəvi addım

Peyvənd olunma proseduru birbaşa yayımda telekameralar qarşısında aparılıb ki, baş nazir şəxsi nümunə ilə geniş ictimaiyyəti vaksin vurdurmağa vadar edə bilsin
Sputnik

BAKI, 19 dekabr - Sputnik. İsrailin Baş naziri Binyamin Netanyahu Təl-Əviv yaxınlığındakı Ramat-Qan şəhərindəki "Tel xa-Şomer" hospitalının tibbi mərkəzində ABŞ-ın “Pfizer” şirkətinin preparatı ilə peyvənd edilib.

Report bu barədə “Kan” dövlət teleradio şirkətinə istinadla məlumat yayıb. 

“Peyvənd olunma proseduru birbaşa yayımda telekameralar qarşısında aparılıb ki, baş nazir şəxsi nümunə ilə geniş ictimaiyyəti vaksin vurdurmağa vadar edə bilsin", - deyə İsrailin hökumət başçısının dəftərxanası bildirib.