İsraildə ərəblərin öldürülməsi davam edir

Bəqa əl-Qərbiyyə şəhərində avtomobildə odlu silahla qətlə yetirilmiş şəxsin cəsədi tapıldıqdan sonra il ərzindən öldürülən ərəblərin sayı 95-ə çatıb. Bu isə son 20 ildə ən yüksək göstəricidir.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. İsraildə 2020-ci ildə daha çox ərəb ölümü qeydə alınıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Haaretz nəşrinin hesabatında deyilir.

Qeyd edilib ki, Bəqa əl-Qərbiyyə şəhərində avtomobildə odlu silahla qətlə yetirilmiş şəxsin cəsədi tapıldıqdan sonra il ərzindən öldürülən ərəblərin sayı 95-ə çatıb. Bu isə son 20 ildə ən yüksək göstəricidir.

Şahidlərin sözlərinə görə, Bəqa əl-Qərbiyyədə mağaza yaxınlığında açılan atəş nəticəsində 23 yaşlı kişi yaralanıb. Onu təcili şəkildə Haderdəki Hillel Yaffe tibb mərkəzinə çatdırıblar.

Təcili yardım avtomobilini zərərçəkmişin iki yaxının olduğu avtomobil müşayiət edib. Avtomobildə olan 26 yaşlı Əhməd Şarkiya və 47 yaşlı Muhəmməd 9-cu şossedə güllənlənib. Həkimlər Cet kəndindən olan kişini xilas edə bilməyiblər. Onların hər üçü ölüb.

Məlumata görə, təkcə bu ay 13 ərəb öldürülüb. Onlardan 6-sı bu həftə öldürülüb.