Şimali Koreyada bu da oldu - balıqçı radio dinlədiyi üçün öldürüldü

Kim Çen İnnin idarə etdiyi hökumət COVID-19-la mübarizə aparmaq üün qəribə bir addımla gündəmə gəlib. Yeni qərarla Çin ilə olan sərhəddindən 1 kilometr olsa belə Şimali Koreyaya yaxınlaşan şəxslərin vurularaq öldürülməsi əmri verilib.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Şimali Koreyada bir balıqçı ABŞ radio dalğasını dinlədiyi üçün öldürülüb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Şimali Koreyada balıqçı qayığında kapitanlıq edən Xoi adlı şəxs ABŞ hökuməti tərəfindən maliyyələşən "Radio Free Asia"nı dinlədiyi üçün öldürülüb. O, bu radionu 15 ildir dinlədiyini dedikdən sonra 100 balıqçının gözü qarşısında tək bir güllə ilə qətl edilib. 

Şimali Koreya rəhbərinin qəribə addımları bununla yekunlaşmayıb. Kim Çen Inın daha bir qəribə addımı bu yaxınlarda Çinlə sərhəddə olan mühafizəçilərin silahlanması ilə bağlı verdiyi qərarı olub.

Son günlər Kim Çen Inın idarə etdiyi hökumət COVID-19-la mübarizə aparmaq üçün başqa bir qeyri-adi qərarla gündəmə gəlib. Yeni qərarla Çinlə olan sərhəddindən 1 kilometr olsa belə Şimali Koreyaya yaxınlaşan şəxslərin vurularaq öldürülməsi əmri verilib.