“Bu, ilk dəfə NATO üzvü olan ölkəmizə tətbiq olunur. Bu nə cür bir ittifaqdır?”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiya qərarı ilə bağlı danışarkən deyib.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, bu sanksiyanın mahiyyəti anlaşılmazdır:
“Bu sanksiya ABŞ-a düşmən ölkələr üçün nəzərdə tutulub. Amma düşünmürəm ki, Türkiyə ABŞ-a qarşı belə bir siyasət aparır. Görünür ABŞ-ın müttəfiqləri onu bu cür siyasət aparmağa məcbur ediblər. Bu sanksiyalardan sonda ziyan çəkən ABŞ olacaq. Bundan sonra Türkiyə Rusiya ilə daha da yaxınlaşa bilər. Xüsusən də Türkiy-Rusiya əlaqələrinin Qafqazda baş verən son hadisələrdən sonra güclənməsi onların ən çətin məsələlərdə belə həll yolu tapa bildiklərini göstərir. Bu iki ölkənin Qafqazda güclənməsi o deməkdir ki, ABŞ-ın Qafqaz siyasəti olmayacaq”.
Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz