Nikol Paşinyanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib

Ermənistan ordusunun veteranları ilə ölən hərbçilərinin qohumları baş nazir Nikol Paşinyanın və Nazirlər Kabineti üzvlərinin "Yerablur" hərbi qəbiristanlığına qalxmasına icazə verməmək niyyətindədirlər.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb.

Sputnik Ermənistan-ın məlumatına görə, işğalçı Ermənistan ordusunun veteranları ilə ölən hərbçilərinin qohumları baş nazir Nikol Paşinyanın və Nazirlər Kabineti üzvlərinin "Yerablur" hərbi qəbiristanlığına qalxmasına icazə verməmək niyyətindədirlər.

Onlar bəyan ediblər ki, Paşinyan və komandasının "Yerablur"u ziyarət etmək haqqı yoxdur. Hazırda qəbiristanlığın qarşısında Paşinyanın tərəfdarları və əleyhdarları toplaşıb.

Qeyd edək ki, bu gündən Ermənistanda Dağlıq Qarabağda gedən hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçulara görə üçgünlük matəm başlayıb. Həmin matəm çərçivəsində İrəvanda Paşinyanın rəhbərliyi ilə yürüş keçirilir.