Azərbaycan neftinin qiyməti üzü yuxarı gedir

Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sputnik

BAKI, 19 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq 52,79 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,76 dollar artaraq 52,26 dollar, “Light” markalı neftin qiyməti isə 0,74 dollar bahalaşaraq 49,10 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.