RUSİYA

Putin bunkerdə qalır?

Həmçinin məlum olub ki, Putinin smartfonu yoxdur. Amma köməkçisinin sözlərinə görə, Rusiya lideri internetdən istifadə edir
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin heç bir bunkeri yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov "Komsomolskaya Pravda" nəşrinə müsahibəsində bildirib.

"Siz özünüz görürsünüz ki, heç bir bunker yoxdur. Putin kimi aktiv dövlət başçısı heç bir bunkerdə otura bilməz", - deyə Putin qeyd edib.

Həmçinin məlum olub ki, Putinin smartfonu da yoxdur. Amma köməkçisinin sözlərinə görə, Rusiya lideri internetdən istifadə edir.