CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənətçinin geyindiyi Azərbaycan bayrağını əks etdirən libası sərt tənqid olundu

Əməkdar artistin Azərbaycan bayrağını əks etdirən libası birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri müğənninin bayrağa hörmətsizlik etdiyini yazıblar
Sputnik

BAKI, 18 dekabr — Sputnik. Əməkdar artist Elza Seyidcahan yeni fotolarını Instagram izləyiciləri ilə bölüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçinin Azərbaycan bayrağını əks etdirən libası birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri müğənninin bayrağa hörmətsizlik etdiyini yazıblar.

Qeyd edək ki, bundan əvvəl müğənni Mənzurə Musayeva bayrağı əks etdirən geyimi ilə gündəmə gəlmişdi.