FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Pele, Maradona, Messi: bütün dövrlərin ən yaxşı futbolçularından ibarət yığma komanda

Sputnik

Xəyalınızda Lionel Messi, Kriştianu Ronaldu, Pele və digər ən titullu və məşhur oyunçuların yer aldığı bir futbol komandası canlandırın. Əsl "dream team" və ya məğlubedilməz komanda! France Football-un bu addımı atmaqda məqsədi də elə bütün dövrlərin ən yaxşı futbolcularından ibarət məhz bu cür yığma komandanı formalaşdırmaq idi.

Komanda üç müdafiəçi, dörd yarımmüdafiəçi və üç hücumçudan ibarətdir. Beləliklə, siyahıya "Kafu" ləqəbli Evangelista de Morales Markos (Braziliya), Frans Bekkenbauer (Almaniya), Paolo Maldini (İtaliya), "Xavi" ləqəbli Hernandes Xavyer Kreus (İspaniya), Lotar Matteus (Almaniya), Pele (Braziliya), Dieqo Maradona (Argentina), Lionel Messi (Argentina), Kriştianu Ronaldu (Portuqaliya) və Ronaldo (Braziliya) daxil ediliblər.

"Arzuların komandası"nda qapını isə əfsanəvi sovet qolkiperi Lev Yaşin qoruyur.

 

1 / 11
Braziliyalı hücumçu Pele 1960-cı il mayın 8-də Malmö və Braziliya komandaları arasında keçirilmiş yoldaşlıq görüşündə müdafiəçidən yayınmağı bacarır.
2 / 11
Azarkeşlər Dieqo Maradonanı Buenos-Ayresdəki La Bombonera stadionunda keçirilən milli çempionatdakı qələbədən sonra qollarının üstündə aparırlar.
3 / 11
Lionel Messi futbol üzrə Dünya Çempionatının Argentina və İslandiya milli komandaları arasındakı oyununda.
4 / 11
"Yuventus" komandasının oyunçusu Kriştianu Ronaldu UEFA Çempionlar Liqası qrup mərhələsində "Lokomotiv" (Rusiya, Moskva) və "Yuventus" (İtaliya, Turin) komandaları arasında keçirilən oyunda.
5 / 11
Əfsanəvi qapıçı Lev Yaşın oyun zamanı.
6 / 11
Xavi 2004-cü ildə "Real Madrid" və "Barselona" arasında keçirilən futbol oyununda vurulan qolu belə qeyd edir.
7 / 11
Dieqo Maradona 1986-cı il futbol üzrə Dünya Çempionatının final oyununda Lotar Matteusun üstündən belə adlayır.
8 / 11
Fransız qapıçısı Fabyen Bartez və braziliyalı Ronaldo 1998-ci il Dünya Çempionatının Braziliya ilə Fransa arasında keçirilən final oyununda.
9 / 11
Almaniya yığmasının kapitanı Frans Bekkenbauer 7 iyul 1974-cü ildə dünya çempionatı kubokunu alarkən.
10 / 11
"Barselona"nın oyunçusu Migel Anxel Nadal və "Milan"ın oyuncusu Paolo Maldini - Avropa Çempionlar Kubokunun finalı, 18 May 1994-cü il.
11 / 11
Kafu 1997-ci ildə Amerika Kubokunun yarımfinalında Peruya qarşı ilk qolu vuran komanda yoldaşı Denilsonu qucaqlayır.