BAKI, 18 dekabr — Sputnik. "Uşaqlarınızdan əgər yaxşı davranış gözləyirsinizsə, əvvəlcə siz göstərin. Sevgini, hörməti uşaqdan gözləməkdənsə, ilk siz göstərin.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri sosial media hesabında oğulları Kuzey və Güneylə fotosunu paylaşan, türkiyəli model Çağla Şıkel yazıb. Çağla Şıkel analara tövsiyəsində bildirib ki, "onun sizinlə hansısa sirrini bölüşməsini istəyirsinizsə, ilk özünüz sirrinizi onunla bölüşməlisiniz. Mükəmməl ana olmağa çalışmayın. Çünki elə bir qayda yoxdur. Özünüz olun!"