RUSİYA

Putin: "Ərdoğan kişi adamdır"

"Əgər o hesab edirsə ki, bu onun ölkəsi üçün xeyirdir, o, sona qədər gedir. Bunda bir proqnozlaşdırma elementi var"
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin milli maraqlarına nail olmaq üçün istənilən prezidentlə işləyəcəyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun fikrincə, dünya liderləri yüksək hazırlıq səviyyəsinə malik insanlardır. Onları "komfortlu" və ya "çətin" adlandırmaq olmaz. Nümunə kimi Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı göstərib. O qeyd edib ki, Ərdoğan heç də həmişə Rusiyanın maraqlarını bölüşmür: "Lakin o, verdiyi sözü tutur, o kişidir. Əgər o hesab edirsə ki, bu onun ölkəsi üçün xeyirdir, o, sona qədər gedir. Bunda bir proqnozlaşdırma elementi var".