CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərpoçt" azad olunmuş ərazilərdə poçt şöbələri açır

"Azərpoçt" MMC işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələrinin yerləşdirilməsi üçün kotirovka sorğusu elan edib
Sputnik

BAKI, 17 dekabr — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC işğaldan azad olunmuş ərazilərdə modul tipli poçt şöbələrinin yerləşdirilməsi üçün kotirovka sorğusu elan edib. Sputnik Azərbaycan-ın məlumatına görə, sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 21-i, saat 17:00-a qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanına təqdim edə bilərlər. Maraqlanan təşkilatlar (012) 493-56-00 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflərə dekabrın 22-də, saat 12:00-a qeyd olunan ünvanda baxılacaq.