SƏHİYYƏ

Professor: “Vaksinasiya ilə qısa zamanda virusu əngəlləyə bilərik”

Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyir ki, COVID ortaya çıxarkən onun varlığına inanmayanlar indi də vaksinlərlə bağlı eyni sözləri deyir
Sputnik

“Eyni ailədən bir neçə nəfər yoluxur, digərləri isə yoluxmur. Bu da immun sistemi ilə bağlıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

“Vaksinasiya tam başa çatana qədər maskalardan istifadə etməli olacağıq. Vaksinlər də immun sistemi ilə bağlıdır. Bəzilərində ola bilər güclü immun yaransın, bəzilərində ola bilsin ki, yaranmasın. COVID ortaya çıxarkən onun varlığına inanmayanlar ailəsində yoluxanlar olduğunu gördükdən sonra inanmağa başladılar. İndi də vaksinlərlə bağlı eyni sözlər danışılır. Vaksinasiya ilə qısa zamanda virusu əngəlləyə bilərik”, – deyə o bildirib.

Səhiyyə Nazirinin müavini Viktor Qasımov Azərbaycanın GAVİ tərəfindən təsis edilmiş quruma qoşulduğunu bildirib. Qeyd edib ki, əgər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, bu qurumdan vaksin alınması məsələsi nəzərdə tutulub.

Adil Allahverdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz