CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus xəstələri Qəbələdə tabesizlik nümayiş etdirib

Polis əməkdaşları tərəfindən həmin şəxs ictimai məkanda hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
Sputnik

 

BAKI, 17 dekabr — Sputnik. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun Bum qəsəbə sakini Tural Yaqubovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan T.Yaqubova xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs ictimai məkanda hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

T.Yaqubov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.