SƏHİYYƏ

ABŞ Dövlət katibi virus şübhəsi ilə özünü təcrid edib

Dövlət katibi COVID testi müsbət çıxımış şəxslə təmasda olub. Müvafiq tövsiyəyə əsasən o karantinə gedib” - Dövlət Departamentindən məlumat verilib.
Sputnik

BAKI, 17 dekabr - Sputnik. ABŞ Dövlət katibi Mayk Pompeo özünü təcrid edib.

Azpost.info bildirir ki, Pompeo koronovirus testi müsbət çıxmış şəxslə təmas saxladığı üçün bu addıma məcbur olub. Dövlət Departamentinin mətbuat xidməti bildirib ki, onun testi, hələ ki mənfi çıxıb.

“Dövlət katibi COVID testi müsbət çıxımış şəxslə təmasda olub. Müvafiq tövsiyəyə əsasən o karantinə gedib” - deyə idarədən məlumat verilib.

Pompeo hazırda tibbi xidmətin nəzarətindədir.