İcbari tibbi sığorta xidmətləri daha bir il ƏDV-dən azad edilir

Mövcud qanunvericiliyə əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır.
Sputnik

BAKI, 16 dekabr — Sputnik. İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Təklif olunan dəyişikliyə görə, "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən etibarən 2 il müddətinə ƏDV-dən azad ediləcək. Hazırda bu müddət bu ilin sonunda bitir. Beləliklə, bu müddət daha bir il artırılır.

Qeyd edək ki, mövcud qanunvericliyə əsasən, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır.